Az çəkili xanımlar necə geyinməlidir?
Vücud tipinə uyğun mükəmməl kombinasyonlar etmək hər kəsin arzusudur. Qüsurlari kölgələmək isə hər kəsin məqsədidir. Bu məqsədə çatmaq istəyən az çəkili xanımlar sona kimi bu blogu oxumasını məsləhət görürəm :)
1. Bədən ölçünüzə görə geyinin.
Az çəkili xanımlar adətən oversized dediyimiz geyimlər, yəni olduğundan daha böyük ölçüdə geyimləri geyinməyi seçirlər. Halbuki çox bol geyinmək hər zaman yaxşı nəticə vermir. Yəni siz hər zaman çalışın ki bədən ölçünüzə görə geyinəsiniz.
2. A kesim ətəklər və geyimlər geyinin
A kəsim ətək və geyimlər geyinməklə siz omba bölgənizi daha böyük göstərə bilərsiniz. Həm də bununla siz zərif belinizi ortaya çıxara bilərsiniz.
3. Qat qat geyinin.
Son illərin ən populyar geyim tipindən biri qat qat geyinmək ən yaxşı az çəkili xanımlara yaraşır. Qat qat geyinmək az çəkili xanımlara dolgun bədən xəttləri və cool bir stil vəd edir.
4. Dairəvi yaxalar.
V yaxalı paltarlar sizi olduğundan daha arıq və uzun göstərəcək. Lakin bizim məqsədimiz daha yumru görsənmək olduğu üçün V yaxalı paltarlardan qaçmaq lazımdır.
5. Ağ rəngi seçin
Bəyazın haqqını siz verəcəksiniz, bəyaz və tonlarını siz könül rahatlığı ilə istifadə edə bilərsiniz.
Tərcümə etdi Aysel Qədiməliyeva
Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.
Geyimləri əldə etmək üçün
+99455 672 55 84
+99455 982 28 48
İnstagram blackstreet.az
Facebook Black Street Fashion Shop
No comments:
Post a Comment