Monday, 27 November 2017

Qadın Paltoları

Qadın Paltoları


Amerikalı yazıçı Mark Tven deyirdi ki, “Həqiqəti bir palto kimi təqdim etmək lazımdır, yaş əski parçası kimi üzə çırpmaq yox!” Yazıçı burada həqiqəti belə etik şəkildə demək lazım olduğunu vurğulamaq istəyib və paltonun təqdim olunmasını bənzətmə formasında qeyd edib. Kiməsə evdən çıxarkən, və ya restoranı tərk edərkən etik şəkildə palto uzatmaq, yəni geyim təqdim etmək, mədəniyyətinin göstəricisidir.

Anladığınız kimi, bu gün qadın paltolarından bəhs edəcəyik.

Soyuqlar düşəndən bəri dəblə ayağlaşan xanımlar zövqlü palto seçiminə də olduqca diqqət yetirirlər. Bu məsələyə kor-koranə yanaşmaq olmaz. Yaxşı görünüşlə bərabər, istiliyin təmin olunması və materialın keyfiyyətinə də diqqət yetirilməsi önəmlidir. Burada həm də digər önəmli nüans, paltonu seçməmişdən öncə öz qarderobunuza nəzər yetirməkdən ibarətdir.

Niyə? Ona görə ki, qarderobunuzda yer alan qalın paltarlarla yeni alacağınız palto uyğunluq tapmalıdır. Əks halda palto seçimindəki uyğunsuzluq sizi çox məyus edə bilər. Lakin, bu da bizim xanımlar üçün problem deyil. Çünki, bizim mağazada siz hər zaman yeni paltonuza uyğun digər geyimləri də əldə edə bilərsiniz.

Bu dəfə sizə təqdim edəcəyimiz qadın paltoları qlobal fərqlilikləri ilə seçilməyən, daha çox klassik üsluba aid paltolardır. Bu paltolardan yalnız bataqlıq rəngində olan paltonu boyfriend cins paltarla, idman ayaqqabıları və sviterlə uyğunlaşdırıb geyinmək olar. İçərlərində yalnız onu idman üslublu geyimlə uyğunlaşdırmaq ətrafdakıların zövqünü oxşayar.

Digərlərini isə sırf klassik geyimlərlə uyğunlaşdırmaq düzgündür. Onları hündür və ya alçaqdaban botlarla, qısa və uzun yubkalarla, altdan isə sviter paltar və ya açıq rəngli köynəklə uyğunlaşdırmaq çox yaxşı olar.



Şəkildəki paltolar ilk baxışdan sadə görünsələr də, onların keyfiyyəti və bu qışın dəbinə uyğunluğuna şübhə etməyə dəyməz. Həmin paltoları siz bu il qərb ölkələri qadınlarının əynində görə bilərsiniz. Məhşur aktyor Brus Li dediyi kimi, “Sadəlik — incəsənətin ən yüksək pilləsidir”.

Dəbli görünüş qazanmaqla bərabər, həm də keyfiyyətli məhsul əldə etmək istəyirsinizsə, bizim mağazanı elə bu gün ziyarət edə bilərsiniz.

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

instagram  blackstreet.az
facebook   BlackStreet.az


Thursday, 16 November 2017

Botlar

 

Botlar


Xalq arasında belə bir deyim var: “Dost üzə, düşmən isə ayağa baxar”. Bu deyim o qədər də xoşagələn olmasa da, müəyyən bir həqiqət də var. Ümumiyyətlə, diqqətli insan qarşısındakının geyiminə və ayaqlarına da diqqət edir və o, heç də düşmən sayılmır. Bu halda gərək biz hərtərəfli səliqəli görünməyə çalışmalıyıq.

Səliqəli görünmək həm də yaxşı paltar seçimi deməkdir. Yaxşı paltar seçimini isə dəblə bir-birinə uyğunlaşdırmaq insandan müəyyən zövq tələb edir. 

Belə ki, bu gün qadınların geyindiyi botlardan bəhs edəcəyik. Botlar artıq uzun müddətdir ki, sırf kişi ayaqqabısı sayılmır. Onlar qadın qarderobuna daxil olan zamandan, həmişəlik oranın uğurlu geyim dəstinə çeviriliblər. Botlar qadınlara məxsusi dəb və cəsarətli görünüş gətirib. Bu danılmaz faktdır.

Siz bu bölümdə yer alan botların şəkillərinə diqqətlə baxsanız, onların sadəliyi qədər, gözəgəlimli görünüşə malik olduğuna əmin olacaqsınız. 




Bu botlar çoxçeşidlilikləri ilə də fərqlənirlər. Belə ki, onları istənilən üst geyimlə geyinmək mümkündür. Ancaq və lakin, onları uyğunlaşdırmaqda fayda var. Bu sizi daha dəbli və füsunkar göstərəcək. Bu botların bəzilərini şalvarla geyinmək ideal uyğunluq yaratmağınıza səbəb olacaq. Belə uyğunluğu yaratmaq heç də çətin məsələ deyil. Sadəcə diqqətli olmaq lazımdır. 

Əgər bu botları qarderobunuza əlavə etsəniz, onları lasin şalvar və ya slim cins şalvarla bərabər, boyfriend stilində ayaqlarının aşağısı assimmetrik kəsimi olan yarıkəsikya kəsik olmayan cins şalvarla bərabər üstdən qalın boğazlı və ya boğazsız qalın sviterlərlə çox gözəl uyğunlaşdırmaq yaratmaq olar.

Həmçinin, bu botları dəri və eyni zamanda toxunma yubkalarla geyinməklə də maraqlı və cazibədar uyğunluq təşkil edə bilərsiniz.




Beləliklə, əziz xanımlar, bu botları siz azad şəkildə, rahatlıqla bir çox paltarla uyğunlaşdırıb geyinə biləcəksiniz. Burda heç bir mürəkkəblik yoxdur. Bir də ki, botları digər geyimlərinizlə uyğunlaşdırmaq üçün peşəkar dəb stilisti olmağınızaa da ehtiyac yoxdur. 

Sevə-sevə geyinin və zövq alın!

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

instagram  blackstreet.az
facebook   BlackStreet.az