Monday, 27 November 2017

Qadın Paltoları

Qadın Paltoları


Amerikalı yazıçı Mark Tven deyirdi ki, “Həqiqəti bir palto kimi təqdim etmək lazımdır, yaş əski parçası kimi üzə çırpmaq yox!” Yazıçı burada həqiqəti belə etik şəkildə demək lazım olduğunu vurğulamaq istəyib və paltonun təqdim olunmasını bənzətmə formasında qeyd edib. Kiməsə evdən çıxarkən, və ya restoranı tərk edərkən etik şəkildə palto uzatmaq, yəni geyim təqdim etmək, mədəniyyətinin göstəricisidir.

Anladığınız kimi, bu gün qadın paltolarından bəhs edəcəyik.

Soyuqlar düşəndən bəri dəblə ayağlaşan xanımlar zövqlü palto seçiminə də olduqca diqqət yetirirlər. Bu məsələyə kor-koranə yanaşmaq olmaz. Yaxşı görünüşlə bərabər, istiliyin təmin olunması və materialın keyfiyyətinə də diqqət yetirilməsi önəmlidir. Burada həm də digər önəmli nüans, paltonu seçməmişdən öncə öz qarderobunuza nəzər yetirməkdən ibarətdir.

Niyə? Ona görə ki, qarderobunuzda yer alan qalın paltarlarla yeni alacağınız palto uyğunluq tapmalıdır. Əks halda palto seçimindəki uyğunsuzluq sizi çox məyus edə bilər. Lakin, bu da bizim xanımlar üçün problem deyil. Çünki, bizim mağazada siz hər zaman yeni paltonuza uyğun digər geyimləri də əldə edə bilərsiniz.

Bu dəfə sizə təqdim edəcəyimiz qadın paltoları qlobal fərqlilikləri ilə seçilməyən, daha çox klassik üsluba aid paltolardır. Bu paltolardan yalnız bataqlıq rəngində olan paltonu boyfriend cins paltarla, idman ayaqqabıları və sviterlə uyğunlaşdırıb geyinmək olar. İçərlərində yalnız onu idman üslublu geyimlə uyğunlaşdırmaq ətrafdakıların zövqünü oxşayar.

Digərlərini isə sırf klassik geyimlərlə uyğunlaşdırmaq düzgündür. Onları hündür və ya alçaqdaban botlarla, qısa və uzun yubkalarla, altdan isə sviter paltar və ya açıq rəngli köynəklə uyğunlaşdırmaq çox yaxşı olar.



Şəkildəki paltolar ilk baxışdan sadə görünsələr də, onların keyfiyyəti və bu qışın dəbinə uyğunluğuna şübhə etməyə dəyməz. Həmin paltoları siz bu il qərb ölkələri qadınlarının əynində görə bilərsiniz. Məhşur aktyor Brus Li dediyi kimi, “Sadəlik — incəsənətin ən yüksək pilləsidir”.

Dəbli görünüş qazanmaqla bərabər, həm də keyfiyyətli məhsul əldə etmək istəyirsinizsə, bizim mağazanı elə bu gün ziyarət edə bilərsiniz.

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

instagram  blackstreet.az
facebook   BlackStreet.az

No comments:

Post a Comment