Yun Cemper Baxımı
Yun cemperlər düzgün yuyulduğu zaman illərlə istifadə oluna bilər. Yun cemperin faydası olduqca çoxdur, içəridəki istini çölə, çöldəki istini içəri vermədiyi üçün isti qalmanı təmin edir. Üstəlik fərqli rəng və modellər ilə qışda belə şık ola bilərsiniz. Biz isə sizlərin daha uzun müddətcə yun cemperlərinizi istifadə etməyiniz üçün bir neçə pratik üsulları bu bloqda bölüşəcəyik.
Tüklənməməsi üçün etməli olduqlarınız
Yun cemperləri bir müddət geyindikdən sonra üzərində kiçik yun parçacıklarının toplandığını görə bilirik. Bu görüntü cemperin köhnə və baxımsız görünməsinə səbəb olur. Yun cemperləri ilk aldığımızda heç geyinmədən bir salafana qoyub soyuducuda bir gün gözlətsək tüklənməyi ən aza endirmiş oluruq.Daha öncə istifadə etdiyiniz ve tüklənmə olan cemperlərinizin tüklərinin təmizləməyin ən pratik yolu, bir parça yapışqan band əlinizə alıb tüklərin üzərinə yapıştırıb cəld şəkildə çəkməkdir. Bu proseduranı bir dəfə doğru olaraq etdiyinizdə cemperləriniz artıq tüklənməz.
Cemperinizin rəngi solmasın
Yun cemperlərdə rəng solması çox geç olur amma biz lazım olan önləmi almaq məcburiyyətindəyik. Günəş işiğının rəng soldurucu təsirinin olduğunu bilirik, cemperləri qurutmaq üçün biz uzun müddət günəşdə gözlədirik.Cemperləri quruması üçün sadəcə yarım saat günəşdə saxlamalıyıq, sonrasında isə günəşi birbaşa almayan bir yerdə qurutmalısınız. Hər geyim kimi cemperinizin tərsini çevirmək də rəngin qorunmasına yardımçı olacaqdır.
Birçoxumuzun başına gələn şanssızlıq yepyeni cemperimizin formasının pozulmasıdır. Yüksək dərəcədə yuyulan və sıxma rejimi ilə forması pozulan yun paltarınız üçün buxarlı bir ütüyə ehtiyyacınız var. Uzanan cemperlərimiz üçün etməli olduğunuz cemperi soyuq suda gözlətməkdir, balacalaşan cemperləri də iliq suda gözlətmək uyğundur. Forması pozulmuş yun paltarlar üçün edəcəyiniz, cemperi bir dəsmalın üzərinə sərməniz ve buxarlı ütünü cemperin bir neçə santimetr aralığında tutmaqdır.
Beləcə budəfəki bloqumuzu burda sonlandırırıq. Sizə uzun müddətli istifadə edəcəyiniz cemperlər arzu edirik...))
Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.
Geyimləri əldə etmək üçün
+99455 672 55 84
+99455 982 28 48
instagram blackstreet.az
facebook BlackStreet.az
No comments:
Post a Comment