Tuesday, 30 January 2018

Yun Cemper Baxımı

Yun Cemper Baxımı

Yun cemperlər düzgün yuyulduğu zaman illərlə istifadə oluna bilər. Yun cemperin faydası olduqca çoxdur, içəridəki istini çölə, çöldəki istini içəri vermədiyi üçün isti qalmanı təmin edir. Üstəlik fərqli rəng və modellər ilə qışda belə şık ola bilərsiniz. Biz isə sizlərin daha uzun müddətcə yun cemperlərinizi istifadə etməyiniz üçün bir neçə pratik üsulları bu bloqda bölüşəcəyik. 

Tüklənməməsi  üçün  etməli olduqlarınız
Yun cemperləri bir müddət geyindikdən sonra üzərində kiçik  yun parçacıklarının toplandığını görə bilirik. Bu görüntü cemperin köhnə  və baxımsız görünməsinə səbəb olur. Yun cemperləri ilk aldığımızda heç geyinmədən bir salafana qoyub soyuducuda bir gün gözlətsək tüklənməyi ən aza endirmiş oluruq.
Daha öncə istifadə etdiyiniz ve tüklənmə olan cemperlərinizin  tüklərinin təmizləməyin ən pratik yolu, bir parça yapışqan band əlinizə alıb tüklərin üzərinə yapıştırıb cəld şəkildə çəkməkdir. Bu proseduranı bir dəfə doğru olaraq etdiyinizdə cemperləriniz artıq tüklənməz.
Cemperinizin rəngi solmasın
Yun cemperlərdə rəng solması çox geç olur amma biz lazım olan önləmi almaq məcburiyyətindəyik.  Günəş işiğının rəng soldurucu təsirinin olduğunu bilirik, cemperləri qurutmaq üçün biz uzun müddət günəşdə  gözlədirik.Cemperləri quruması üçün sadəcə yarım saat günəşdə saxlamalıyıq, sonrasında isə  günəşi birbaşa almayan bir yerdə qurutmalısınız. Hər  geyim  kimi cemperinizin tərsini çevirmək də rəngin qorunmasına yardımçı olacaqdır.









Birçoxumuzun  başına gələn şanssızlıq yepyeni cemperimizin formasının pozulmasıdır. Yüksək dərəcədə yuyulan  və sıxma rejimi ilə forması pozulan yun paltarınız  üçün buxarlı bir ütüyə ehtiyyacınız var. Uzanan cemperlərimiz üçün etməli olduğunuz cemperi soyuq suda gözlətməkdir, balacalaşan cemperləri  də iliq suda gözlətmək uyğundur. Forması pozulmuş yun paltarlar üçün edəcəyiniz, cemperi bir dəsmalın üzərinə sərməniz ve buxarlı ütünü cemperin  bir neçə santimetr aralığında tutmaqdır. 




Beləcə budəfəki bloqumuzu burda sonlandırırıq. Sizə uzun müddətli istifadə edəcəyiniz cemperlər arzu edirik...))

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

instagram  blackstreet.az
facebook   BlackStreet.az

Thursday, 7 December 2017

Yeni il hədiyyəsi: dəbli qış geyimləri



Dekabr ayının gəlişi bizə Yeni il ab-havası gətirdi. Adicə bu ifadə haqqındada düşünmək belə insanı sevindirir. Bayram sevinc və şənliyin rəmzidir. İnsan az da olsa qayğıları və problemləri unudur və yaxşı əhvala köklənir. Yaxşı əhvala köklənmək həm də yeniliklə, dəyişikliklə də bağlıdır. Buna görə də yeni ilin gəlişi həm də yeniliyi tam olaraq özündə əks etdirir.

Bayramları bayram edən həm də bayram hədiyyələridir. Elə bir insan yoxdur ki, hədiyyə əldə edərkən sevinməsin. Əlbəttə ki, hədiyyə seçimi qarşı tərəfin sevinc dərəcəsinə təsir edir. Kimisə sevindirərkən, sevinc səbəbkarı da xoş olur.

Elə adam var ki, ona kitab hədiyyə etməklə sevindirdiyin halda, bir başqasını zinyət əşyası və ya xüsusi hədiyyələrlə ilə sevindirmək mümkündür. Əksər insanları isə yeni libas hədiyyə etməklə sevindirmək mümkündür. Paltar hədiyyə etmək ən çox sevinc gətirən hədiyyələr sırasında ilklərdəndir. Rahat şəkildə demək olar ki, insanların yemək tələbatı olduğu kimi, geyim tələbatı da var. Bu məqam əsasən də xanımlarımızda daha çox biruzə verilir.


Elə insanlar var ki, onlar yeni paltar əldə edərkən stressdən qurtulurlar. Bu aktı gerçəkləşdirmək insana psixoloji cəhətdən çox yaxşı təsir edir.

Bu səbəbdən, sizi yeni il ərəfəsində sevdiklərinizə və doğmalarınıza dəbli geyimlər hədiyyə etməyə dəvət edirik. Seçim məsələsində sizə bizim dəb məsləhətçilərimiz kömək olacaq. Hədiyyə olaraq seçəcəyiniz geyimlərə qarşı sizi çox diqqətli olmağa çağırırıq. 

Bu gün qış geyimi olaraq mövsümə uyğun olaraq çox qəşəng sviterlər mövcuddur. Bir az diqqətli olsanız, hədiyyə edəcəyiniz şəxsin zövqünə və qarderobundakı paltarlara uyğun çox dəbli sviterlər seçə bilərsiniz. Həmçinin, şərflər qış fəslininin əsas geyim dəstlərindən sayılır. Soyuq qışı nəzərə alıb gözəgəlimli şərf ilə qarşı tərəfi sevindirə bilərsiniz. Şərf üst geyim olaraq hər zaman dəbdədir.

Əgər hədiyyə almaq istədiyiniz şəxsin ayaq ölçüsünü bilirsinizsə, o şəxsə bot da ala bilərsiniz. BlackStreet.az bot sevərlər üçün bu qış sezonuna geniş seçim imkanı təqdim edir.



Palto, qalın pencək, şalvar kimi geyimləri almaq bir az risklidir. Ona görə ki, bu məsələdə olduqca dəqiq və həssas olmalısınız. Çünki ölçü gözəyarı götürülsə də, əyninə alarkən sizin hədiyyə edəcəyiniz geyim üstə uyğun olmaya bilər. Ölçü məsələsində sizi diqqətli olmağa çağırırıq. Hər halda, siz bizim hədiyyə kartlarımızı əldə etməklə, seçim imkanını sevdiklərinizə verə bilərsiniz.





Unutmayın ki, yeni il hədiyyəsi kimi dəbli geyim seçimi hərtərəfli olaraq çox böyük sevinc gətirəcək.


Monday, 27 November 2017

Qadın Paltoları

Qadın Paltoları


Amerikalı yazıçı Mark Tven deyirdi ki, “Həqiqəti bir palto kimi təqdim etmək lazımdır, yaş əski parçası kimi üzə çırpmaq yox!” Yazıçı burada həqiqəti belə etik şəkildə demək lazım olduğunu vurğulamaq istəyib və paltonun təqdim olunmasını bənzətmə formasında qeyd edib. Kiməsə evdən çıxarkən, və ya restoranı tərk edərkən etik şəkildə palto uzatmaq, yəni geyim təqdim etmək, mədəniyyətinin göstəricisidir.

Anladığınız kimi, bu gün qadın paltolarından bəhs edəcəyik.

Soyuqlar düşəndən bəri dəblə ayağlaşan xanımlar zövqlü palto seçiminə də olduqca diqqət yetirirlər. Bu məsələyə kor-koranə yanaşmaq olmaz. Yaxşı görünüşlə bərabər, istiliyin təmin olunması və materialın keyfiyyətinə də diqqət yetirilməsi önəmlidir. Burada həm də digər önəmli nüans, paltonu seçməmişdən öncə öz qarderobunuza nəzər yetirməkdən ibarətdir.

Niyə? Ona görə ki, qarderobunuzda yer alan qalın paltarlarla yeni alacağınız palto uyğunluq tapmalıdır. Əks halda palto seçimindəki uyğunsuzluq sizi çox məyus edə bilər. Lakin, bu da bizim xanımlar üçün problem deyil. Çünki, bizim mağazada siz hər zaman yeni paltonuza uyğun digər geyimləri də əldə edə bilərsiniz.

Bu dəfə sizə təqdim edəcəyimiz qadın paltoları qlobal fərqlilikləri ilə seçilməyən, daha çox klassik üsluba aid paltolardır. Bu paltolardan yalnız bataqlıq rəngində olan paltonu boyfriend cins paltarla, idman ayaqqabıları və sviterlə uyğunlaşdırıb geyinmək olar. İçərlərində yalnız onu idman üslublu geyimlə uyğunlaşdırmaq ətrafdakıların zövqünü oxşayar.

Digərlərini isə sırf klassik geyimlərlə uyğunlaşdırmaq düzgündür. Onları hündür və ya alçaqdaban botlarla, qısa və uzun yubkalarla, altdan isə sviter paltar və ya açıq rəngli köynəklə uyğunlaşdırmaq çox yaxşı olar.



Şəkildəki paltolar ilk baxışdan sadə görünsələr də, onların keyfiyyəti və bu qışın dəbinə uyğunluğuna şübhə etməyə dəyməz. Həmin paltoları siz bu il qərb ölkələri qadınlarının əynində görə bilərsiniz. Məhşur aktyor Brus Li dediyi kimi, “Sadəlik — incəsənətin ən yüksək pilləsidir”.

Dəbli görünüş qazanmaqla bərabər, həm də keyfiyyətli məhsul əldə etmək istəyirsinizsə, bizim mağazanı elə bu gün ziyarət edə bilərsiniz.

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

instagram  blackstreet.az
facebook   BlackStreet.az


Thursday, 16 November 2017

Botlar

 

Botlar


Xalq arasında belə bir deyim var: “Dost üzə, düşmən isə ayağa baxar”. Bu deyim o qədər də xoşagələn olmasa da, müəyyən bir həqiqət də var. Ümumiyyətlə, diqqətli insan qarşısındakının geyiminə və ayaqlarına da diqqət edir və o, heç də düşmən sayılmır. Bu halda gərək biz hərtərəfli səliqəli görünməyə çalışmalıyıq.

Səliqəli görünmək həm də yaxşı paltar seçimi deməkdir. Yaxşı paltar seçimini isə dəblə bir-birinə uyğunlaşdırmaq insandan müəyyən zövq tələb edir. 

Belə ki, bu gün qadınların geyindiyi botlardan bəhs edəcəyik. Botlar artıq uzun müddətdir ki, sırf kişi ayaqqabısı sayılmır. Onlar qadın qarderobuna daxil olan zamandan, həmişəlik oranın uğurlu geyim dəstinə çeviriliblər. Botlar qadınlara məxsusi dəb və cəsarətli görünüş gətirib. Bu danılmaz faktdır.

Siz bu bölümdə yer alan botların şəkillərinə diqqətlə baxsanız, onların sadəliyi qədər, gözəgəlimli görünüşə malik olduğuna əmin olacaqsınız. 




Bu botlar çoxçeşidlilikləri ilə də fərqlənirlər. Belə ki, onları istənilən üst geyimlə geyinmək mümkündür. Ancaq və lakin, onları uyğunlaşdırmaqda fayda var. Bu sizi daha dəbli və füsunkar göstərəcək. Bu botların bəzilərini şalvarla geyinmək ideal uyğunluq yaratmağınıza səbəb olacaq. Belə uyğunluğu yaratmaq heç də çətin məsələ deyil. Sadəcə diqqətli olmaq lazımdır. 

Əgər bu botları qarderobunuza əlavə etsəniz, onları lasin şalvar və ya slim cins şalvarla bərabər, boyfriend stilində ayaqlarının aşağısı assimmetrik kəsimi olan yarıkəsikya kəsik olmayan cins şalvarla bərabər üstdən qalın boğazlı və ya boğazsız qalın sviterlərlə çox gözəl uyğunlaşdırmaq yaratmaq olar.

Həmçinin, bu botları dəri və eyni zamanda toxunma yubkalarla geyinməklə də maraqlı və cazibədar uyğunluq təşkil edə bilərsiniz.




Beləliklə, əziz xanımlar, bu botları siz azad şəkildə, rahatlıqla bir çox paltarla uyğunlaşdırıb geyinə biləcəksiniz. Burda heç bir mürəkkəblik yoxdur. Bir də ki, botları digər geyimlərinizlə uyğunlaşdırmaq üçün peşəkar dəb stilisti olmağınızaa da ehtiyac yoxdur. 

Sevə-sevə geyinin və zövq alın!

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

instagram  blackstreet.az
facebook   BlackStreet.az


Thursday, 28 September 2017

Dəri pencəklər


Dəri plaşlar və pencəklər modası keçməyən məhsulların ən başında gəlir. Hər il fərqli modellərin vitrinlərdə öz yerini tutması və xanımların kombin etmə problemini həll edən dəri pencək modelləri xanımlar üzərində daha cəsur cizgilər yaradacaqdır. Bu mövzuda bir çox qadın dəri pencək alarkən necə bir pencək ala biləcəyi qərarını verə bilməz. Uzun dəri plaşlar son dərəcə klas bir görünüm yaratsa da, əgər bədən ölçüləriniz buna əl vermirsə, seçiminiz qısa kəmər boyu olan dəri pencəklərdən yana olmalıdır. Bu şəkildə tərziniz daha xoş olacaqdır. Son illərin statistikasına da baxsaq, ən çox satılan modellər qısa və kəmər boyunda olan modellərdir.




Blogger: Aysel Qədiməliyeva

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

İnstagram  blackstreet.az


Facebook  BlackStreet.az

Friday, 8 September 2017

Palto kombin məsləhətləri 


Bir jaket və bir neçə kombin.. Qulağa necə də xoş gəlir. Bir üst geyimi ilə bir neçə alternativ əldə edə bilərsiniz.
Payızın gəlişi mütləq şəkildə hərkəsə bir trençkot aldıracaq, trençkot seçiminizi və kombinlərinizi necə edəcəyinizi isə bu yazıdan sonra əminliklə biləcəksiniz.

Torpaq tonları payız-qış sezonun vaz keçə bilmədiyimiz rəngi olması artıq çoxdan qəbul edilib. 70-lərin havasını isə siz torpaq tonlarında olan trençkotlar ilə asanlıqla yaxalaya biləcəysiniz.




Trençkot dedikdə yalnız torpaq tonları vəya camel rəngi kimi canalıcı rəngləri düşünmək ağılsızlıq olardı.
Siz çəhrayı tonları seçib daha qadınsı bir görünüş əldə edə bilərsiniz.



Vəya kombinlərinizdə xaki rəngin hakimiyyətini göstərə bilərsiniz.



Blogger: Aysel Qədiməliyeva

Geyimlər və şəkillər BLACK STREET geyim mağazasına məxsusdur.

Geyimləri əldə etmək üçün 
+99455 672 55 84
+99455 982 28 48

İnstagram  blackstreet.az


Facebook  BlackStreet.az